Dərc edildi: Baxış sayı: 262
Taksimdəki terroru törədən qadına ömürlük həbs cəzası verildi
2022-ci ildə İstanbulun Taksim səmtinin İstiqlal küçəsində terror aktını törətməkdə təqsirləndirilən Ahlam Albashır ömürlük həbs cəzasına məhkum edilib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Bildirilir ki, məhkəmə Albashır barəsində 7 dəfə olmaqla ömürlük həbs cəzası, yaxud 1794 il müddətinə azadlıqdan məhrumetmə barədə qərar qəbul edib.
Xatırladaq ki, 2022-ci il noyabrın 13-ü törədilən terror aktı zamanı 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət