Slimfit
  1. AZƏRBAYCAN

"Qarabağ probleminin həllinə Rusiyanın müsbət təsir göstərəcəyinə inanmıram" — Millət vəkili

"Qarabağ probleminin həllinə Rusiyanın müsbət təsir göstərəcəyinə inanmıram" — Millət vəkili
Sakura

"Qarabağ probleminin həllinə Rusiyanın müsbət təsir göstərəcəyinə inanmıram" — Millət vəkili

"Azərbaycanla Rusiya arasında bütün sahələrdə münasibətlər yaxşı olmasına baxmayaraq, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə maraqlı deyil".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib. 

A.Rəhimzadə Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan müsbət addım gözləmədiyini söyləyib:

"Mən açıq söyləyirəm ki, Rusiyadan Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət gözləntim yoxdur. Çünki bu münaqişənin həlli Rusiyanın dövlət maraqlarına ziddir. Rusiya istəyir ki, ətrafındakı ölkələr daim bir-biri ilə münaqişə şəraitində qalsın. Kimin nə deməsindən asılı olmayaraq, mən Rusiyanın bu münaqişənin həllinə müsbət təsir göstərəcəyinə inanmıram".

Belarus prezidenti Aleksandr Lukaşenkonun Qarabağ münaqişəsinin həlli istiamətindəki səylərini də müsbət qiymətləndirən Komitə sədri qeyd edib ki, MDB ölkələri dövlət rəhbərləri arasında əksər prezidentlər bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçibvəsində həllini istəyir:

"Əlbəttə ki, həm cənab Lukaşenko, həm cənab Nazarbayev. həm də digər prezidentlər Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini istəyir. Çünki münaqişənin həll edilməməsi Ermənistanı və bizi geridə saxlayır. Cənab Prezident İlham Əliyevin də bütün səyləri ondan ibarətdir ki, Azərbaycan tezliklə öz ərazi bütövlüyünü bərpa etsin. Ona görə də biz heç bir hərbi bloka qoşulmuruq. İstənilən halda Ermənistanı çıxmaqla, Azərbaycanın bütün ölkələrlə münasibətləri çox yaxşıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR