Slimfit
  1. AZƏRBAYCAN

“Qarabağ münaqişəsi regionun böyük problemidir” - Prezident

“Qarabağ münaqişəsi regionun böyük problemidir” - Prezident
Sakura

“Qarabağ münaqişəsi regionun böyük problemidir” - Prezident

“Ermənistan, Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi regionun böyük problemidir, region üçün böyük təhlükədir. Əfsuslar ki, hesab edirəm, bu il əldən verilmiş fürsətlər ili oldu. Bunun başvermə səbəbi isə Ermənistanın beynəlxalq hüququn normalarına əməl etmək, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT tərəfindən qəbul olunmuş qətnamələri icra etmək istəməməsi ilə bağlıdır”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşü zamanı deyib.

“Bu il ölkə başçıları səviyyəsində, həmçinin Xarici İşlər nazirləri səviyyəsində danışıqların bir neçə mərhələsi olmuşdur. Növbəti görüş tezliklə sizin ölkənizdə olacaqdır. Ümid edirik ki, növbəti il daha məhsuldar olacaq. Çünki münaqişənin ən tez müddətdə həll olunması Azərbaycanın və əminəm ki, Ermənistanın maraqlarına xidmət edir.

Lakin bu məsələdə hər hansı bir irəliləyişə nail olmaq üçün yerlərdə praktiki addımlar atılmalıdır. Birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır. Əlbəttə, biz bir çox başqa məsələləri də müzakirə edəcəyik, lakin düşünürəm ki, başlanğıc üçün bu qədər yetər”, - deyə ölkə başçısı qeyd edib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR