Dərc edildi: Baxış sayı: 527
“Qarabağ” məğlub oldu
Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq.
“Yeni Sabah” xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam təmsilçisi səfərdə APOEL-lə (Kipr) qarşılaşıb.
Oyunda erkən qol vuraraq önə keçən komandamız sona qədər üstünlüyü qoruya bilməyib və 1:2 hesablı məğlubiyyətə üzülüb.
A qrupuAvropa Liqası
7 noyabr
21:55. APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) - 2:1
Qol: L.Souza, 59, İoannu, 88 - M.Medvedev, 10
Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət