Slimfit
  1. AZƏRBAYCAN

Qarabağ masasında nə baş verir? - Pol Qobl açıqladı

Qarabağ masasında nə baş verir? - Pol Qobl açıqladı
Sakura

Qarabağ masasında nə baş verir? - Pol Qobl açıqladı

“Dağlıq Qarabağ münaqişəsinin həlli iki məzmunlu məsələyə görə - İrəvan öz müqəddəratını təyin etməni, Bakı sərhədlərin toxunulmazlığı və dövlət müstəqilliyini əsas götürür – irəliləyə bilmir. Çətin ki yaxın gələcəkdə irəliləyiş olsun. Bu o demək deyil ki, ikinci dərəcəli məsələlər həll olunmur, misal üçün humanitar məsələlər. Lakin bütün bunlar mürəkkəb və əhəmiyyətli sualların həllinə gətirib çıxarmır. Diplomatlar öz işləri üçün nikbin olmağa məcburdur, lakin analitiklər belə ola bilmir”.

Bu barədə məşhur amerikalı politoloq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2000-ci illərdə “Qobl planı” adlandırılan təklifləri irəli sürmüş Pol Qobl deyib.

XİN rəhbərlərinin Moskva görüşünə və Rusiyanın yenidən öz planını gündəmə gətirməsinə toxunan Qobl hesab edir ki, ruslar münaqişənin istənilən həll variantında öz xeyirlərini təmin etməyə çalışacaq.

“Lakin faktiki olaraq nə Moskvada, nə də digər vasitəçilərdə hər iki tərəfin qəbul edəcəyi təklif yoxdur. Hesab edirəm ki, Moskvanın təklif etdiyi “Lavrov planı” hərtərəfli proqram deyil, buna görə də münaqişənin həllinə əsas yaratmır”, - deyə o bildirib.

Qobl Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin danışıqlarda tərəf kimi iştirakı ilə bağlı təklifinin perspektivsiz olduğunu hesab edir: “Qarabağın danışıqlarda tərəf kimi iştirakı Bakı üçün qəbuledilməzdir. Belə bir ehtimal irəli sürmək olar ki, danışıqlar “ikimərtəbəli” olacaq, yəni ictimaiyyətə məlum olan danışıqlar Bakı və İrəvan arasında keçiriləcək, arxada isə Qarabağdakı rejimlə də müəyyən təmaslar qurulacaq. Lakin bu ssenari heç bir perspektivə sahib deyil”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR