Dərc edildi: Baxış sayı: 298
“Qarabağ” lider oldu
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun təxirə salınmış “Qarabağ” – “Zirə” oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi “Azərsun Arena”da baş tutan görüşdə qələbə qazanıb - 3:2.
Meydan sahibləri 28-ci dəqiqədə penaltidən Filip Ozobiç və 48-ci dəqiqədə İnosent Emeqaranın qolları ilə hesabda öndə olsalar da, qonaqlar 56 və 82-ci dəqiqələrdə Mirsahib Abbasovla tarazlığı bərpa ediblər. Lakin Emeqara 85-ci dəqiqədə komandasına qələbə qazandıran qola imza ata bilib.
Bu qələbə sayəsində xalını 13-ə çatdıran “Qarabağ” birinci pilləyə yüksəlib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Neftçi" ilə eyni xala malik olsa da, top fərqində üstün olduğu üçün liderə çevrilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət