Dərc edildi: Baxış sayı: 488
"Qarabağ" klubunun Antalya toplanışındakı rəqiblərindən biri müəyyənləşib
"Qarabağ" klubunun qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarından birində rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Türkiyənin Antalya bölgəsində keçirəcəyi hazırlıq prosesi zamanı Polşanın "Pyast" komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 23-də olacaq.
Qeyd edək ki, "Qarabağ" və "Pyast" komandaları 2013-2014 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gəliblər. Evdə 2:1 hesabı ilə qalib gələn Ağdam komandası səfərdə əsas vaxtda eyni hesabla uduzsa da, əlavə vaxtda vurduğu qolla mərhələ adlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət