Dərc edildi: Baxış sayı: 830
“Qarabağ” İstanbula yollandı
Avropa Liqasının qrup mərhələsində İspaniya klubu “Vilyarreal”la qarşılaşacaq “Qarabağ” Azərbaycanı tərk edib.
Ens.az Apasport.az-a istinadən saytının məlumatına görə, Azərbaycan çempionu bir qədər əvvəl çarter reysi ilə qarşılaşmanın oynanılacağı İstanbula yola düşüb.
Qurban Qurbanov sabah oyunöncəsi son məşqini keçəcək. Ağdamlılar ölkədəki hərbi vəziyyətlə əlaqədar “Vilyarreal”ı “Başakşəhər Fatih Terim” stadionunda qəbul edəcəklər.
Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək matç Bakı vaxtı ilə 21:55-də start götürəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət