Slimfit
  1. AZƏRBAYCAN

Qarabağ icmasının yeni sədrindən Xocalı ilə bağlı mükəmməl çıxış

Qarabağ icmasının yeni sədrindən Xocalı ilə bağlı mükəmməl çıxış
Sakura

Dünən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının qurultayında icmanın yeni sədri…

Dünən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının qurultayında icmanın yeni sədri Tural Gəncəliyev seçilib.

Publika.az T.Gəncəliyevin2012-ci ildə Fransanın Monreal şəhərində Xocalı faciəsinin 20 illiyinə həsr edilmiş konfransdakı nitqini təqdim edir.

Fransanın bir sıra universitetlərinin mütəxəssislərinin də dəvət olunduqları tədbiri Gəncəliyev giriş sözü ilə açaraq Xocalı faciəsi haqda iştirakçılara həm fransız, həm də ingilis dillərində məlumat verir.

1992-ci ildə Ermənistan Silahlı qüvvələrinin Xocalıya hücum edərək dinc əhaliyə qarşı soyqırımı törətdiklərini bildirir. Həmçinin 600-dən çox insanın faciəvi şəkildə qətl edildiklərini vurğulayır. Xocalı soyqırımını Çağdaş Azərbaycan Respublikasının ən dəhşətli və faciəvi tarixi adlandırır. Bu genosidi nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya insanı üçün qanlı səhifə adlandırır.

Gəncəliyev qeyd edir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ torpaqlarının işğal altında olduğu faktı təstiqlənsə də, istilaçı erməni silahlı qüvvəlləri bu qərarı inkar edib, geri çəkilmir. Bu gün Xocalı şəhəri yoxdur. Onun yerində isə acı və hələ də həllini tapmayan soyqırım xatirələri yaşayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR