Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayında quruma yeni sədr seçilib
Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayında quruma yeni sədr seçilib.
Modern.az xəbər verir ki, icmanın bu gün keçirilən qurultayında 23 nəfərdən ibarət yeni idarə heyəti seçilib.
Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri seçilib.
Asif Cahangirov isə idarə heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.
Yeni sədr kimdir? Modern.az onun qısa dosyesini təqdim edir:
Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini Hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkili - Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində çalışır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət