Slimfit
  1. AZƏRBAYCAN

Qarabağ həqiqətlərini yaymaq üçün yeni platforma yaradılır: könüllü mütəxəssislərə ehtiyac var

Qarabağ həqiqətlərini yaymaq üçün yeni platforma yaradılır: könüllü mütəxəssislərə ehtiyac var
Sakura

Qarabağ həqiqətlərini yaymaq üçün yeni platforma yaradılır: könüllü mütəxəssislərə ehtiyac var

Məlumdur ki, müasir dövrümüzdə informasiya siyasəti və  təbliğat olduqca ciddi əhəmiyyətə malikdir. O qədər ciddi ki, onun düzgün qurulması, effektiv həyata keçirilməsi bir sıra hallarda diplomatiya və ya silahlı savaşdan daha effektiv ola bilir. Artıq 30 ildən çoxdur davam edən Qarabağ münaqişəsi, nəticədə torpaqlarımızın 20 faizinin işğalı həm də zaman-zaman informasiya cəbhəsində məğlubiyyətimizin nəticəsidir. Təəssüf ki, bu barədə nə qədər deyilsə də, tənqidlər olunsa da, yenə də çatışmazlıqlar mövcuddur. 

Artıq informasiya müharibəsi ənənəvi üsullarla aparılmır. Sosial şəbəkə və informasiya texnologiyalarının geniş yayılması, özünə dünyanın hər guşəsindən milyonlarla izləyici toplaması, həmin sahədə işləri daha düzgün istiqamətdə qurmağı, bu imkanlardan səmərəli istifadə etməyi tələb edir. Bədnam qonşularımız bütün mümkün vasitələrdən istifadə edərək ölkəmiz, xalqımız əleyhinə qarayaxma kampaniyaları aparır, Qarabağ probleminin gerçək səbəbləri və nəticələri barədə dünya ictimaiyyətinə çaşdırıcı, saxta və yalan dolu məlumatlar təqdim edirlər. Vikipediyadan tutmuş, youtube, instaqram, facebook və digər populyar şəbəkələr onların tirajladığı saxta informasiya və təbliğat materialları ilə doludur. Azərbaycan tərəfindən bunların qarşısının alınması istiqamətində işlər görülsə də, fikrimizcə yenə də yetərsizdir və ürəkaçan səviyyədə deyil. Ümumən hər bir həmvətənimiz harada yaşamasından, siyasi mövqeyindən asılı olmayaraq bu məsələdə ayıq-sayıq olmalı, fəallıq göstərməli, milli mənafelərimizin qorunması və ən başlıca problemimiz barədə dünya ictimaiyyətində dolğun və dürüst təsəvvürlər yaratmaq üçün əlindən gələni əsirgəməməlidir. 

Sevindirici haldır ki, sosial şəbəkə fəalı Ramin Bəhmən  bu istiqamətdə növbəti təşəbbüslə çıxış edib. O, Qarabağ təbliğatçılar platforması üzərində işlərə başlayıb. Bu layihənin lazımi səviyyədə həyata keçirilməsi üçün isə müxtəlif sahələr üzrə mütəxəssislərə ehtiyac duyulur. Bunu nəzərə alaraq, Ramin Bəhmən  özünün facebook hesabından müraciət edib və müvafiq sahələr üzrə bilik və bacarıqlara sahib həmvətənlərimizi əməkdaşlığa dəvət edib. Onun müraciətində deyilir: “Bizə yeni sosial media üzərində işləyə bilən könüllü  insanlar lazımdır:

- tarixçi;

- dilçi;

- tərcüməçi;

- proqramist;

- video editor;

- yazı səsləndirən;

- SMM;

- tədqiqatçı;

- kameraman;

- jurnalist.

Bu peşə sahiblərinə ehtiyacımız var. Məqsədimiz Qarabağ həqiqətlərini müxtəlif dillərdə müxtəlif ölkələrin ictimayyəti üçün yayımlamaq və Qarabağ mövzusunda təbliğedici, marifləndirici layihələri həyata keçirməkdir. Hesab edirik ki, siyasi, dini ayrı- seçkiliklər olmadan hər kəs vahid cəbhədə Qarabağ üçün əlindən gələni etməyə çalışmalıdır.”

Ens.az saytı olaraq, ümummilli marağımıza xidmət edən bu əhəmiyyətli  layihəyə, qeyd olunan sahələr üzrə mütəxəssislərin qoşulacağına, öz töhfələrini verərək onu inkişaf etdirəcəklərinə inamımızı ifadə edirik. Arzu edənlərin Ramin Bəhmənin aşağıda təqdim olunan nömrəsi ilə əlaqə saxlamalarını xahiş edirik. 

+994 505122422 WhatsApp

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR