Dərc edildi: Baxış sayı: 477
“Qarabağ” əzəli rəqibini geridönüşlə məğlub etdi
2018/2019 mövsümünün Azərbaycan Premyer Liqası başa çatıb.
Oxu.Az xəbər verir ki, gümüş medalçı “Neftçi” son oyunda ölkə çempionu “Qarabağ”ı qəbul edib.
Ağdam klubu cari mövsüm məğlub edə bilmədiyi rəqibinə 1:2 hesabı ilə uduzsa da, sonda 3:2 hesabı ilə qalib gəlib.
Çempionatın bombardiri isə Mahir Əmrəli (Mədətov) olub. O bu gün iki qol vurub və bununla da qollarının sayını 16-ya çatdırıb.
Oyundan sonra cari mövsümün medalçıları mükafatlandırılıb. “Qarabağ”a qızıl medallar və kubok verilib. “Neftçi” və “Səbail”ə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub.
Qeyd edək ki, cari mövsüm Naxçıvanda keçiriləcək ölkə kubokunun final matçı ilə yekunlaşacaq.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət