Slimfit
  1. SİYASƏT

Qarabağ erməniləri dərin böhranda: Doğulanların sayı azalıb, bölgəni tərk edənlər rekord vurur

Qarabağ erməniləri dərin böhranda: Doğulanların sayı azalıb, bölgəni tərk edənlər rekord vurur
Sakura

Qarabağ erməniləri dərin böhranda: Doğulanların sayı azalıb, bölgəni tərk edənlər rekord vurur

Azərbaycanın işğal altındakı torpaqlarında yaşayan ermənilər arasında doğum səviyyəsi ildən ilə azalır, bölgəni tərk edənlərin sayı isə durmadan artır.

Modern.az xəbər verir ki, vəziyyətin ağırlığını, demoqrafik böhranın miqyasını  işğal altındakı ərazilərdə yaradılmış qondarma “Qarabağ Respublikası”nın “dövlət struktur”ları da təsdiqləməyə məcbur olub.

Belə ki, 2019-cu ilin yekunlarına görə Qarabağda 2119 körpə doğulub. Bu göstərici 2006-cı ildən bəri Dağlıq Qarabağda qeydə alınan ən aşağı doğum faizidir. Sonuncu dəfə 2006-cı ildə Dağlıq Qarabağda 2102 doğum faktı qeydə alınmışdı. 

İllər üzrə Dağlıq Qarabağda doğum göstəricilərini təqdim edirik: 2018-ci ildə 2187, 2017-ci ildə 2336, 2016-cı ildə 2471, 2015-ci ildə 2582, 2014-cü ildə 2428, 2013-cü ildə 2371, 2012-ci ildə 2500, 2011-ci ildə 2586, 2010-cu ildə 2694, 2009-cu ildə 2821, 2008-ci ildə 2418, 2007-ci ildə isə 2145 uşaq doğulub.

Beləliklə, 2019-cu ildə Azərbaycanın işğal altındakı torpaqlarında son 14 ilin ən aşağı doğum göstəricisi qeydə alınıb. 

Amma rəsmi Yerevanın dəstək verdiyi Qarabağa separatçılarının problemi bununla bitmir. Belə ki, ötən il işğal altındakı ərazilərə 560 nəfər köçsə də, 747 nəfər də bölgəni həmişəlik tərk edib.

Beləliklə, mənfi miqrasiya saldosu 187 nəfər təşkil edib.

Doğum göstəricilərinin geriləməsi, Qarabağı tərk edənlərin sayının artması ilə paralel, bağlanan hər 4 nikahdan biri boşanma ilə nəticələnir. 2019-cu ildə nikah bağlansa da, 207 boşanma faktı da qeyə alınıb. Ağır yaşayış şərtləri, infrastukturun olmaması, beynəlxalq təcrid, cüzi maaşlar, əraz məhsullarının bahalığı, yerli idarəetmə sistemində korrupsiya və süründürməçilik, ayrı-ayrı komandirlərin özbaşnalığı, Azərbaycanın hər an torplaqlarını azad etmək üçün hərbi güc tətbiq etməsi qorxusu bu böhranın əsas səbəbləri sırasındadır.

Beləliklə, Azərbaycanın işğal altındakı torpaqlarında möhkəmlənməyə çalışan rəsmi Yerevan 2019-cu ildə sosial-demoqrafik sahədə ciddi geriləmə yaşayıb. Hətta, yerli statistika belə, böhranın miqyasını kiçiltməyə çalışsa da, Qarabağ ermənilərinin artıq bu torplaqlarla bağlı plan qurmadıqları, gələcəklərini Ermənistan və xarici ölkələrdə görüdüyünü tam çılpaqlığı ilə əks etdirir.

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR