Slimfit
  1. İDMAN

"Qarabağ" Çempionlar Liqasının 63 illik tarixinin reytinq siyahısında 100-cü pillədə qərarlaşıb

"Qarabağ" Çempionlar Liqasının 63 illik tarixinin reytinq siyahısında 100-cü pillədə qərarlaşıb
Sakura

"Qarabağ" Çempionlar Liqasının 63 illik tarixinin reytinq siyahısında 100-cü pillədə qərarlaşıb

UEFA Çempionlar Liqası tarixinin reytinq siyahısı açıqlanıb.

"Report" qurumun saytına istinadən xəbər verir ki, 1955-ci ildən başlanan siyahıda "Qarabağ" klubu 33 xalla 100 pillədə qərarlaşıb. Ağdam təmsilçisi qitənin bir nömrəli turnirində 5 dəfə iştirak edib. 

Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Çempionlar Liqasında təsnifat mərhələləri daxil olmaqla 30 oyun keçirib. "Köhlən atlar" bu matçların 11-də qələbə qazanıb, 11-də isə heç-heçə edib. Son ölkə çempionu 8 görüşdə meydanı məğlub tərk edib.

Siyahıya 590 xalla İspaniya "Real Madrid"i başçılıq edir. Almaniya "Bavariya"sı 462 xalla ikinci, İspaniyanın digər klubu "Barselona" isə 427 xalla 3-cü yerdədir. Siyahıda 513 komanda yer alıb.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR