Dərc edildi: Baxış sayı: 1284
Qarabağ Azərbaycanın tərkibindən çıxıb – Paşinyan
Bu gün çoxları Qarabağ konfliktinin etimologiyasını unudub.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin səfir və konsullarının toplantısında çıxışı zamanı deyib.
“Hər kəs Azərbaycanın SSRİ-nin tərkibindən çıxdığını unudub və bunda qəribə heç nə yoxdur. Dağlıq Qarabağ Muxtar Vilayəti də Azərbaycan SSR-nin tərkibindən çıxıb və burada qəribə heç nə yoxdur. Mən baş nazir seçiləndə danışıqlar prosesiylə bağlı mənə qalan mirasa görə çox təəssüfləndim. Bir daha təkrar edirəm ki, təkcə beynəlxalq arenada yox, həm də bizim aramızda bəzən Qarabağ konfliktinin yaranma səbəbləri barədə təsəvvürlər itirilir”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət