Slimfit
  1. SİYASƏT

“Qarabağ Azərbaycandır!” Münaqişənin həlli perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

“Qarabağ Azərbaycandır!” Münaqişənin həlli perspektivləri” mövzusunda dəyirmi masa keçirilib
Sakura

“Qarabağ Azərbaycandır!” Münaqişənin həlli perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

Qarabağ Azərbaycanındırsa, onun ermənilərə verilməsi mümkün ola bilməz. Bu faktın ifadə olunması danışıqlar prosesinə təsir göstərə bilməz.

Trend-in məlumatına görə, bunu “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, "Qarabağ Azərbaycandır" artıq bir şüara çevrilib və onun əks-sədası kifayət qədər yüksəkdir: "Bu, hər bir vətəndaş üçün böyük çağırışdır. Bu, xalqı öz ətrafında birləşdirən bir ideya kimi qəbul edilməlidir. Amma milli ideyanı təşkilata çevirmək olmaz, bu, ideyanın tamam başqa istiqamətə keçməsinə imkan yaradar. Prezidentin bu ideyası milli ideya kimi qəbul edilməlidir".

Ə.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycanda milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır: “Biz bu ideyanın genişlənməsini istəyərək bir sıra addımlar atmışıq. YAP olaraq BNA ilə birlikdə yollarda “Qarabağ Azərbaycandır!” şüarı qoymuşuq və bunun digər yerlərdə də qoyulmasını planlaşdırmışıq”.

Milli Məclisin deputatı Fəzail İbrahimli qeyd edib ki, Azərbaycan bu gün dünyanın ən güclü dövlətlərindən biridir: “Bizim bu gün güclü dövlətimiz və Ordumuz var. Hesab edirəm ki, Azərbaycan Prezidentinin məlum bəyanatı onun qətiyyətli mövqeyidir. Bu qətiyyətdən bir neçə istiqamətə mesaj gedir”.

Deputat Hikmət Babaoğlu isə çıxışında bildirib ki, Azəbaycan Ordusu Prezidentin bu bəyanatını döyüş tapşırığı kimi qəbul etməlidir: “Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikir cəmiyyətdə ruh yüksəkliyi yaradıb. Təklif edirəm ki, həmsədr ölkələrin səfirliklərinin qarşısında “Qarabağ Azərbaycandır!” aksiyası keçirilsin”.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev Prezident İlham Əliyevin məlum bəyanatı ilə erməni yalanlarının ifşa olunduğunu söyləyib: “Məhz həmin bəyanatın səslənməsi və erməni yalanlarının ifşası üçün seçilən məkan da önəmlidir. Hesab edirəm ki, məcburi köçkünlərin də mövqeyi aydındır. Onlar ölkə başçısının siyasətinə arxalanırlar. Bütün xalqımız, məcburi köçkünlərimiz Prezident İlham Əliyevin Qarabağ məsələsi ilə bağlı mövqeyini dəstəkləyir".

Politoloq Arzu Nağıyevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Valday Klubunda "Qarabağ Azərbaycandır və nida" deməklə onu göstərdi ki, ən açar fiqurların qarşısında da bu fikri söyləmək olar. Bu fikrin söylənildiyi auditoriya yüksək auditoriya idi. Bu fikri söyləmək çox mühüm bir addım idi. Bu ideya Dağlıq Qarabağın Azərbaycan torpağı olmasını bir daha təsdiqlədi və Azərbaycanın nəyin bahasına olur-olsun öz torpaqlarını geri qaytaracağına əminlik yaratdı".

A.Nağıyev Azərbaycan xalqının bu ideya ətrafında birləşməsini vacib sayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR