Dərc edildi: Baxış sayı: 554
"Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Ukrayna təmsilçisi “Vorskla”…
"Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Ukrayna təmsilçisi “Vorskla” ilə qarşılaşıb.
Azvision.az xəbər verir ki, Aleksey Butovski adına stadionda keçirilən görüşdə hesab 13-cü dəqiqədə açılıb. Araz Abdullayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb. İlk hissədə qapılara əlavə qol vurulmayıb.
Görüşün ikinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Azarkeşlərin qadağan olunmuş fişənglərdən istifadə etməsi səbəbindən görüşdə 12 dəqqiqəlik fasilə yaranıb. Əlavə olunan vaxtda da hesab dəyişməyib və təmsilçimiz rəqib meydanında qələbə qazanıb. Bu, Ağdamklubunun cari mövsümdə Avroliqada ilk qələbəsidir.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl keçirdiyi 3 görüşdə qol vurmadan məğlub olmuşdu.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət