Slimfit
  1. AZƏRBAYCAN

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"
Sakura

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il “Unicorn Challenge” şirkəti “Equiros” şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi.

Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki" Konqres Sərgi Mərkəzində 21-ci Beynəlxalq At Sərgisi keçirildi. Sərgidə ilk dəfə Azərbaycanın əsl qüruru olan Qarabağ atlarının nadir cinsləri təqdim olunub. Dörd gün davam edən sərgi ziyarətçilərin nəinki atçılıq idmanının gözəllik və nəciblik dünyasına, həm də Azərbaycanın həqiqi adət-ənənələri və mədəniyyəti ab-havası girməsinə şərait yaradıb. Sərgiyə gələnlər təkcə yarışmanı yox, eyni zamanda Azərbaycan rəqs ansamblının çıxışını izləyib, Qarabağ atları haqqında çoxlu yeni məlumatlar öyrəniblər.

300 atın iştirak etdiyi sərgi haqqında bizə məlum olmayan məlumatları “Unicorn Challenge” şirkətinin Azərbaycandakı nümayəndəsi Zahid Qasımovun BiG.AZ-a verdiyi müsahibə sayəsində əldə edəcəyik.

Sözügedən müsahibəni təqdim edirik:



Qarabağ cinsinin atları 100 ildən artıq müddətdə ilk dəfə belə yüksək səviyyəli sərgidə Rusiyada təmsil olundu. Cəmiyyətin reaksiyası necə oldu? Qarabağ atları sevilirmi?

Qarabağ atlarının Rusiyada keçirilən "Equiros" beynəlxalq atçılıq sərgisində iştirakı həqiqətən qürurvericidir. Bu atlar dünyanın ən qədim cinsə mənsub atları hesab olunur. Qarabağ atları bütün Qafqazın bəzəyi və qürurudur. Atlarımızın çıxışı "Equiros" beynəlxalq atçılıq sərgisində marağa səbəb oldu və cəmiyyət tərəfindən müsbət qarşılandı.

Rusiyada Qarabağ atları barədə bir anlayış varmı? Film, video çarx yaxud Qarabağ atları barədə marifləndirici , tanıtımı ilə bağlı kitab hazırlanması nəzərdə tutulurmu?

Əlbəttə, bu yarışdan çox əvvəl artıq Qarabağ atları Rusiyada tanınırdı. Hətta, isveçrəli at saxlayan Hans Hutmeyer məşhur Qarabağ atı "Əlyetməz"ə heykəl də qoyudurub. Məhsur Qarabağ atı Əlyetməz 1867 ci ildə ümumrusiya sərgisində mükafat alib. Xan ləqəbli Qarabağ atı isə həmin il Fransada keçirilən sərgidə gümüş medala layiq görülüb. Yəni Qarabağ atları həm Rusiyada , həm də Avropada yetərincə tanınıb, seviliblər. Qarabağ atlarının Avropaya gəlişi 1956-cı ilə təsadüf edir. Böyük Britaniyanın kraliçası II Yelezevetaya Ağdam atçılıq mərkəzindən "Zaman" adlı ayğırın hədiyyə edilməsi cinsin tarixində önəmli hadisələrdən hesab olunur. Həmin atı kraliçaya məşhur cokey Əli Tağıyev hədiyyə aparıb. Bütün bunları nəzərə alaraq biz planlayırıq ki, gələcəkdə Qarabağ atları ilə bağlı bir kitab hazırlayaq.



Bundan əlavə onu da qeyd edim ki, Almaniyanın Frankfurt şəhərində Verena xanımın rəhbərliyi ilə Qarabağ atlarının dostlar klubu fəaliyyət göstərir.Verena xanımın təşəbbüsü ilə Almaniyada Qarabağ atlarının kataloqu dərc olunub.Qarabag atlarının saxlanılması ilə Verena xanim 1994 -cü ildən baslayib. Bu da cox gözəl bir haldır ki, Avropada Qarabağ atlarına qarşı rəğbət hissi duyulur.


Qarabağ atlarından Azərbaycanın milli simvollarından biri kimi danışarkən, erməni tərəfi hiddətini ifadə edir. Moskvada bu hal ilə qarşılaşdınızmı?

Qarabağ atları Azərbaycanın simvoludur. Təbii ki, bu ermənilərin hiddətinə səbəb olmaya da bilməzdi. Onların xislətindəki paxıllıq hissi barədə danışmağa belə dəyməz. Bu hamıya məlum məsələdir. Lakin, Moskvada bu hal ilə qarşılaşmadım. Çünki orada olanların çoxusu elə öz həmyerlilərimiz idi. Hesab edirəm ki, Qarabağ atlarının dirçəlişi və yenidən gündəmə gətirilməsi hər birimizin borcudur. Hər şeydən əvvəl bu atlar Qarabağ torpağının təcəssümüdür.

Atlarımız hər hansı bir yer tutdular?

Bu sərgidə iştirak etmək Qarabağ atlarının yenidən dünyaya təqdim olunması və tanıdılması yolunda atılan ilk addım idi. Biz gələcəkdə də bu işlərə davam etməyi planlayırırıq. Qarabağ atları tədbirdə diplomla mükafatlandırıldı. Bu diplom bizə Qarabağ atlarının Rusiyaya aparılmasında dəstək olan Azərbaycan Atçılıq Federasiyasına təqdim olundu.



Atlarla bağlı daha nə kimi planlarınız var?

2020-ci ilin aprel-may aylarında Sankt-Peterbruqda baş tutacaq beynəlxalq sərgidə iştirak etməyi düşünürük. Ən əsas bizim önümüzdə duran vacib məsələ Qarabağ atlarının dünya şöhrətini yenidən bərpa etməkdir. Axı Qarabağ atları Azərbaycanın qədim mədəniyyət incisidir.



Sonda isə Qarabağ atlarının populirizasiyasi ilə məşğul olan Unicorn challenge kompaniyası adından bu sərgidə bizə dəstək olduqları ucun Rusiyadakı Azərbaycanlı gənclər təşkilatının sədri Leyla xanım Əliyevaya(AMOR),Azərbaycan Atçılıq federasiyasına və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət komitəsinə öz təşəkkürlərimizi bildiririk.







Lamiyə Məmmədova

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR