Slimfit
  1. MƏDƏNİYYƏT

Qara Qarayevin 100 illiyi Moskvada geniş konsert proqramı ilə qeyd ediləcək

Qara Qarayevin 100 illiyi Moskvada geniş konsert proqramı ilə qeyd ediləcək
Sakura

Qara Qarayevin 100 illiyi Moskvada geniş konsert proqramı ilə qeyd ediləcək

Sentyabrın 22-də Moskvada P.İ.Çaykovski adına konsert zalında Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.

Konsert ölkə başçısının görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında imzaladığı müvafiq Sərəncama uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınaraq, Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına əsasən keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə görkəmli dirijor Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayev və tanınmış skripka ifaçısı, Beynəlxalq müsabiqələr laureatı Alyona Bayeva iştirak edəcəklər.

Konsertdə P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin ifasında bəstəkarın “Don Kixot” simfonik qravürləri, 3 saylı simfoniyası, Skripka və orkestr üçün konserti və “İldırımlı yollarla” baletindən 2 saylı süitası səsləndiriləcək.

Konsert “Kultura” telekanalı tərəfindən lentə alınacaq. Eyni zamanda, həmin gün P.İ.Çaykovski adına konsert zalının foyesində bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən sərgi də nümayiş olunacaq.

Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbirlərin davamı olaraq ilin sonunadək həm Azərbaycanda, həm də Rusiya, Türkiyə, ABŞ, Fransa, Belçika, Avstriya, Almaniya, Böyük Britaniya, İsrail, Polşa, Macarıstan, Gürcüstan, Ukraynada bəstəkara həsr olunmuş silsilə konsertlər, sərgilər, tədbirlər və yubiley gecələrinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırlanmış tədbirlər planına əsasən fevral ayından başlayaraq bir çox ölkədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR