Dərc edildi: Baxış sayı: 581
Qara nöqtələrdən bu maska ilə azad olun
Üz dərimizdə bizi ən çox narahat edən qara nöqtələr və sızanaqlardır. Bu narahatlıqdan qurtulmağın ən yaxşı yolu isə ev şəratində hazırlanan qatıqlı, limonlu maskadır.
Publika.az xəbər verir ki, bu maskanın hazırlanması üçün 1 ədəd limon və bir kasa qatıq lazımdır.
Limonun suyunu yaxşıca sıxın. Daha sonra limon suyunu bir kasa qatığa tökərək qarışdırın. Hazırladığınız qarışığı üzünüzə yaxın. Limon turşusu gözlərinizi yandıracağı üçün çalışın gözlərinizə dəyməsin.
15 dəqiqə sonra quruyaraq gərginləşdiyini görəcəksiniz. İlıq bol suyla maskanı yuyun. Bu maskanı həftədə 1 dəfə tətbiq edin və qara nöqtələrin yox olduğunu görəcəksiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət