Hansı qapını seçərdiniz?
Əgər siz 1-ci qapını seçdinizsə, siz azadlıq cığırını seçdiniz. Sizin üçün müstəqillik və azad məkan vacibdir. Siz öz həyatınızı yaradırsınız. Hər hansı nəticə çıxarmazdan əvvəl, siz adətən hansısa problemin bütün mümkün variantlarını nəzərdən keçirirsiniz. Siz iddialısınız və inadla qarşıya qoyulmuş məqsədlərə nail olursunuz. Siz öz vaxtınızı ağılla istifadə etməyi və həyatdan zövq almağı bacarırsınız.
Əgər siz 2-ci qapını seçdinizsə, sizin cığırınız yad insanlar üçün yer olmayan şəxsi kiçik dünyanızdır. Siz tək olduqda rahat olursunuz. Siz səyahət etməyə və müxtəlif tədbirləri təkbaşına ziyarət etməyə üstünlük verirsiniz. Sizin başqasının sizə qulluq etməsinə ehtiyacınız yoxdur. Siz həm də öz dostlarınızı sevirsiniz, amma arabir sizə də təklikdə qalmaq lazımdır.
Əgər siz 3-cü qapını seçdinizsə, sizi rənglər və pozitiv dənizi gözləyir. Siz həyatınızı ehtiras, gözəllik və macərasız təsəvvür edə bilmirsiniz. Siz tək dayana bilmirsiniz. Siz daim öyrənirsiniz və bu prinsipə riayət edirsiniz: “Yaşadıqca öyrən”. Siz hər şeylə maraqlanırsınız və hər şey sizdə sual yaradır.
Əgər siz 4-cü qapını seçdinizsə, sizi maraqlı hadisələri və macəralar gözləyir. Siz daim öz gələcəyiniz haqqında düşünürsünüz və yeni bir şeyi sınamağa cəhd edirsiniz. Ola bilsin ki, siz bir az impulsivsiniz və hər zaman tələsirsiniz və nadir hallarda öz əməllərinizin mümkün nəticəsi barədə düşünürsünüz. Siz özlüyünüzdə qaydaları pozursunuz, amma ətrafdakılar sizin xarizmanız və kəskin hisslərinizə heyrandır. Heç kim vaxtınızı boş yerə sərf etdiyinizi fikrindən belə keçirə bilməz.
Əgər siz 5-ci qapını seçdinizsə, sizin qapılarınız hər kəs üçün açıqdır. Sizin üçün sülh, sakitlik və təbii gözəllik vacibdir. Sizi məqsədin özü deyil, ona gedən yol maraqlandırır. Siz axınla üzürsünüz və istənilən halda stabilliyi saxlamağa çalışırsınız. Siz faciədən qaçmağı bacarırsınız.
Əgər siz 6-cı qapını seçdinizsə, siz sülh və sakitlik qapısını seçdiniz. Təklik, sakitlik və ehtiyatlılıq sizin həyat yolunuzdə sadiq dostlarınızdır. Siz bu prinsipə riayət edirsiniz: “Köhnə dost iki yeni dostdan yaxşıdır”. Siz əsl həqiqət axtaransınız. Siz daim həyat qayəsi axtarışındasınız. Bütün həyat boyu siz yeni biliklər qazanmağa cəhd edirsiniz. Hansısa mənada siz müdrik və filosofsunuz.
“Bəli, sonda nə deyək? İnsanlar belədir - öyrənmək istəyirlər, nə olacağını öyrənmək istəyirlər”, - köhnə bir mahnıda belə deyilir. Ümid edirik ki, siz özünüzün sirli tərəfinizi və özünü tanımaya olan yolu aşkar edə bildiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət