Slimfit
  1. AZƏRBAYCAN

Qanunu pozanlar necə cəzalandırılmalıdır? - Seminar keçiriləcək

Qanunu pozanlar necə cəzalandırılmalıdır? - Seminar keçiriləcək
Sakura

Tarixən qanun pozan şəxslər müxtəlif formalarda cəzalandırılmışlar. Bəs bu cəzalar nələrdən ibarət olmuş,…

Tarixən qanun pozan şəxslər müxtəlif formalarda cəzalandırılmışlar. Bəs bu cəzalar nələrdən ibarət olmuş, tarix boyu necə dəyişmişlər?

Femida.az xəbər verir ki, mövzu ilə bağlı 26 yanvar tarixində seminar keçiriləcək.

Seminarda çoxsaylı cəza tədbirləri, eləcə də, son dövrlər istifadəsi genişlənən innovativ yanaşmalar - elektron bilərzik və ictimai cəzalar (community-based approach) haqqında mülahizələr təqdim ediləcək. Təqdimatçı London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Ədliyyə Sistemi üzrə təhsil almış, bir sıra kriminoloji araşdırmaların müəllifi İnqilab Şahbazovdur. İnqilab Şahbazov İngiltərənin Şeffild Universitetində sosiologiya üzrə bakalavr təhsili, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Ədliyyə Sistemi üzrə isə magistratura təhsilini alıb. Hazırda Azərbaycan Elm Assosiasiyasının həmsədri vəzifəsini icra edir. O, hər iki təhsil müddətində kriminologiya, hüquq və cəza mövzuları barədə geniş biliklər əldə etmiş, tədqiqatlar aparmış, kriminologiya üzrə 2 dissertasiya hazırlayıb müdafiə edib. Dissertasiyaların mövzuları cinayətin baş vermə səbəbləri, onun cəzalandırma metodları və effektivliyi sahələrini əhatə edib. Praktiki olaraq isə, İngiltərədə təhsil aldığı müddətdə kriminologiya sahəsində kəmiyyət tədqiqatı, sosial məsələlər üzrə isə keyfiyyət araşdırmaları aparıb.

Qeyd edək ki, seminar 26 yanvar tarixində saat 11.30 – 13.00-də Qafqaz Sport Hoteldə keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR