Slimfit
  1. AZƏRBAYCAN

Qanunsuz ov edənlər cərimələniblər

Qanunsuz ov edənlər cərimələniblər
Sakura

Qanunsuz ov edənlər cərimələniblər

Bu ilin iyul ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçiriblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, reydlər zamanı 35 akt və protokol tərtib edilib və qanun pozucularından 4 ov tüfəngi götürülüb. Ekoloji qanunvericiliyin tələblərini pozanlara, ümumilikdə, 22 min 854 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR