Dərc edildi: Baxış sayı: 302
Qanunsuz erməni silahlılarının Ağdam istiqamətində səngər qazmasının qarşısı alınıb
Sentyabrın 16-sı saat 22:55-dən 23:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
Ens.Az-ın məlumatına görə,bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət