Dərc edildi: Baxış sayı: 338
Qanunsuz erməni silahlıların fortifikasiya qurğularını quraşdırma cəhdinin qarşısı alınıb
Qanunsuz erməni silahlıların fortifikasiya qurğularını quraşdırma cəhdinin qarşısı alınıb
Ens.Az-ın məlumatına görə,avqustun 27-si saat 12:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət