Slimfit
  1. AZƏRBAYCAN

Qanun dəyişdi: Azərbaycanda işsizlərə 12 ayadək əlavə pul veriləcək

Qanun dəyişdi: Azərbaycanda işsizlərə 12 ayadək əlavə pul veriləcək
Sakura

“İşsizlikdən sığorta fondunun büdcəsinin 50 faizdən çoxu vətəndaşların məşğulluğunun təmin edilməsinə…

“İşsizlikdən sığorta fondunun büdcəsinin 50 faizdən çoxu vətəndaşların məşğulluğunun təmin edilməsinə yönələcək”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Hadı Rəcəbli Milli Məclisdə “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcə layihəsi haqqında” qanun layihəsi barədə məlumat verərkən deyib.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, sığorta fondunun böyük hissəsi işsizlik probleminin həllinə yönəlib.

“Peşə hazırlığı qarşımızda duran əsas vəzifələrdəndir. Bununla yanaşı qanun layihəsi işsizlikdən sığorta mexanizmi də dəyişir. İşdən azad edilən şəxslərin 3, 6, 9 ay və ya 1 il müddətində ödənişlərin edilməsi üçün 11 milyon manat ayrılacaq. Bu mexanizm bu il tətbiq edilir, gələn il də davam etdiriləcək. Fonda ayrılan vəsait məşğulluq problemlərinin həllində böyük dəstək olacaq”.

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il dövlət büdcəsi haqqında” qanuna ikinci oxunuşda dəyişiklik nəticəsində orqanın büdcəsinin xərcləri daha 310 milyon manat artırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR