Qanda şəkərin səviyyəsini və insulini normaya salan meyvə
İsveçdə aparılan araşdırmanın nəticələrinə görə, mərcangilə meyvəsi qaraciyərdə toplanan yağı azaldaraq tərkibindəki flovonidlər sayəsində qan dövranına təsir edir. Hüceyrələrə daha çox oksigen ötürülür və daha çox yağ məhv olur. Meyvə həmçinin insulin müqavimətini zəiflədərək 2-ci tip diabet inkişaf riskini azaldır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul Universiteti-Cerrahpaşa Tibb Fakültəsi Xəstəxanasının dietoloqu Dr. İlker Aksoy məlumat verib. O, qarağatla eyni ailədən olan mərcangilə meyvəsinin tərkibinin vitaminlə zəngin olduğunu qeyd edib.
İsveçdəki Lund Universitetinin keçirdiyi tədqiqat haqqında məlumat verən Aksoy bildirib ki, bu meyvə xüsusilə yağ qadağan olunmuş 1, 2 və 3-cü dərəcəli xəstələr üçün daha təsirli olacaq.
"Dolayısı ilə insulinin müqavimətini zəiflədir, insanların 2-ci diabet olmaq ehtimalını azaldır. Ancaq bütün təbii qida əlavələri kimi, mərcangilə meyvəsinin həddən artıq istifadəsi də zərərlidir. Xüsusilə böyrək və ürək xəstələri diqqətli olmalıdır", -deyə ekspert əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət