Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qanazlığını təyin edən ən sadə test

Qanazlığını təyin edən ən sadə test
Sakura

Qanazlığını təyin edən ən sadə test

Qanazlığı (anemiya) ən yayılmış sağlamlıq problemlərindən biri sayılır.

Anemiyaya daha sıx-sıx qadın və uşaqlarda təsadüf edilir.

Saglamolun.az bildirir ki, qanazlığının əsas səbəbi qanda hemoqlobinin səviyyəsinin aşağı olmasıdır. Hemoqlobin qan hüceyrələri olan eritrositlərinin tərkibində olan xüsusi zülaldır. Hemoqlobin orqanizmdə "taksi" funksiyasını yerinə yetirir - həyati vacib olan oksigeni orqan və toxumalarda çatdırır. Hemoqlobinin strukturuna dəmir atomları daxildir. Məhz bu dəmir atomları qana spesifik qırmızı rəng verir.

Orqanizmdə dəmir çatışmazlığı zamanı qanazlığı (anemiya) inkişaf edir. Qanazlığının əsas simptomlarından biri deri və selikli qişaların rənginin solğul olmasıdır. Qanazlığını təyin edən ən sadə test də elə məhz bu simptomu aşkar edir.

Güzgünün qarşısında durub aşağı göz qapağını bir qədər aşağı çəkin. Normada onun rəngi parlaq-çəhrayıdır. Lakin qanazlığı zamanı onun rəngi solğun-çəğrayı və hətta sarımtıl olur.

Əgər sizdə bu simptom varsa, vaxt itirmədən həkimə müraciət edin. Qanazlığı çox təhlükəli pozulmadır və bütün orqanizmin fəaliyyətinə mənfi təsir edir.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR