Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qan təzyiqini aşağı salmağın özəl nöqtələri

Qan təzyiqini aşağı salmağın özəl nöqtələri
Sakura

Qan təzyiqini aşağı salmağın özəl nöqtələri

Yüksək təzyiq zaman-zaman hiss edilmə bilir. Həkimlər belə yüksək təzyiqi səssiz qatil adlandırır. Belə hallarda qan təzyiqinizi tarazlaşdırmaq üçün bəzi püf məqamlar var. Qan təzyiqinə ani hadisə, çox kəskin baş ağrısı səbəb ola bilər. Tez-tez burundan qan axması ilə üzləşə bilərsiniz.

Medpress.az xarici mediaya istinadla bildirir ki, ekspertlər yüksək təzyiqin, göz kürəsinin arxasında kiçik bir təbəqə olan tor qişadakı qan damarlarına zərər verə biləcəyini açıqlayır. Potensial görmə problemləri kimi, fərq edilə bilən qanamaya səbəb ola bilər.

Məşqlərdən sonra qulaqlarınız və sinənizdə çarpma hiss etsəniz, bu, çox normal bir haldır. Ürək döyüntüsü sürətiniz əvvəlki səviyyəsinə geri qayıdanda normal olaraq reaksiya verir. Nəticələri güman etdiyinizdən daha ciddi ola bilər: enmə, ürək çatışmazlığı kimi. Ortaya çıxan problemi dərk etmək hər zaman asan olmur. Fərqinə varmaya bilirsiniz, amma təzyiqinizə ara-ara nəzarət etməkdə fayda var. 

Qan təzyiqinizi aşağı salmaq üçün kiçik bir hiylə

Təzyiq nöqtəsini bildiyiniz müddətcə bu işi etmək çox asandır. Əllərdə, orta barmağın ucunda yerləşir. Qan təzyiqinizi salmaq üçün isə bir qələmin köməyi ilə orta barmağınızın ucuna basa bilərsiniz. Beləliklə, təzyiqiniz qısa bir müddətə aşağı düşəcək. Təbii ki, bu bir müalicə üsulu deyil. Həkimlə məsləhətləşib lazımi dərmanları istifadə etməyiniz lazımdır.

Bir başqa təzyiq nöqtəsi isə ayaqlarınızdır. Hər iki ayağınızın üzərində yerləşir. Ayağın baş barmağı və ikinci ayaq barmağı arasında qələmlə düz bir xətt yaradın. Ayağınızın üstündə, yəni geridə qalan hissə basdırmanız lazım olan hissə deməkdir. 3 saniyə dərin basqı tətbiq edin, sonra 5 saniyə dincəlin. Masajı 2 dəqiqə ərzində təkrar edin, sonra digər ayağa da eyni şeyi edə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR