Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qan qruplarına görə pəhriz qadının həyatını 4 həftəyə dəyişdi

Qan qruplarına görə pəhriz qadının həyatını 4 həftəyə dəyişdi
Sakura

Qan qruplarına görə pəhriz qadının həyatını 4 həftəyə dəyişdi

Hal hazırda qan qruplarına görə pəhriz bütün dünyada dəbdədir.

Bu pəhrizə əsasən müxtəlif qan qruplarına aid olan insanların qidalanması müxtəlif olmalıdır, onlar üçün uyğun və uyğun olmayan qidalar mövcuddur.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, avstraliyalı jurnalist Anna Lavdaras bu pəhrizi sınaqdan keçirməyə qərar verib. Nəticələr qadını heyrətləndirib.

4 həftə ərzində bu pəhrizə uyğun qidalanan Anna artıq çəkidən azad olub, onun sinir sistemi möhkəmlənib, stresin səviyyəsi azalıb, dərisi təmizlənib və cavanlaşıb.  

2-ci qan qrupu olan Anna pəhrizə uyğun olaraq qidalanmada ət məhsullarını kəskin məhdudlaşdırıb və əsasən yağlı balıq, tərəvəzlər, zeytun yağı, qoz, göbələk, albalı, ərik, sarımsaq, zəncəfil və yaşıl çay kimi məhsullara üstünlük verirdi.

Qadının sözlərinə görə, pəhrizə oturduqdan bir neçə gün sonra o, özünü xeyli gümrah hiss etməyə başlayıb.

Qan qruplara görə pəhrizə əsasən 1-ci qan qrupu olanlar daha çox zülali məhsullara (ət, toyuq, balıq) və tərəvəzlərə üstünlük verməli, dənli bitkilər (buğda, çovdar, yulaf yarması), paxlalılar (noxud, lobya, mərci), kələm (istənilən növlər) və süd məhsullarının istehlakını minimuma azaltmalıdır.

3-cu qan qrupu olanlar həm süd, həm də ət məhsullarını (toyuq ətindən başqa), meyvə-tərəvəz yeyə bilər. Onlar dəniz məhsulları, buğda, pomidor, zeytun, çərəzlər (xüsusilə araxis), qarğıdalı və mərcidən imtina etməlidir.

4-cu qan qrupu olanlar soya məhsulları (xüsusilə tofu), süd məhsulları, balıq və dəniz məhsulları, düyü, yaşıl tərəvəz və meyvələr, giləmeyvələrə üstünlük verməli, ət və ət məhsulları, buğda, göbələk, qoz, lobya, qarabaşaq, portağal, xurma, banan, nar kimi məhsullardan imtina etməlidir.

Bu pəhrizin müəllifi amerikalı həkim-naturopat Piter D'Adamo. Metodika mütəxəssislər tərəfindən tənqid olunsa da, bir çox tanınmışlar bu pəhrizdən istifadə edib və məmnun qalıb.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR