Dərc edildi: Baxış sayı: 669
Qalxanvari vəzi üçün ən faydalı 7 məhsul
Qalxanvari vəzi xəstəliklərinə ölkəmizdə tez-tez təsadüf edilir. Bu xəstəliklərin qarşısını almaqda qidalanma çox böyük rol oynayır.
Qalxanvari vəzinin normal fəaliyyəti üçün bu 3 maddə olduqca vacibdir: yod, selen və tirozin amin turşusu (orqanizmdə fenilalalin amin turşusundan sintez olunur).
Bu maddələrin çatışmazlığı qalxanvari vəzinin funksiyasının zəifləməsinə və hipotireozun inkişafına səbəb ola bilər. Bu vacib maddələri insan müxtəlif qida məhsullarından ala bilər.
Saglamolun.az qalxanvari vəzinin normal fəaliyyəti üçün vacib olan məhsulların siyahısını təqdim edir:
1. Dəniz duzu, yodlaşdırılmış duz (yod)
2. Dəniz balığı (yod)
3. Feyxoa (yod)
4. Ət və toyuq qaraciyəri (selen)
5. Yumurta(selen, tirozin)
6. Süd məhsulları (yod, tirozin)
7. Ət, toyuq (selen, tirozin)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət