Dərc edildi: Baxış sayı: 285
"Qalatasaray"ın Superliqa oyununun vaxtı dəyişdirilib
Türkiyə Superliqasının XXIX turunda keçirilməsi planlaşdırılan "Qalatasaray" - "Rizəspor" oyununun vaxtı dəyişdirilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Buna "sarı-qırmızılar"ın Avropa Liqasında mübarizəni dayandırması səbəb olub. Martın 10-da, Bakı vaxtı ilə saat 17:00-da start götürməli olan qarşılaşma martın 8-də, saat 21:00-da başlayacaq.
Bundan əlavə, "İstanbulspor" - "Kasımpaşa" dueli martın 8-dən 10-na keçirilib. Görüş Bakı vaxtı ilə saat 17:00-a təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət