Dərc edildi: Baxış sayı: 639
"Qalatasaray"ın oyununda slovaniyalı hakimlər
"Qalatasaray"ın Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Brügge" ilə səfər oyunu üçün hakim təyinatları açıqlanıb.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək. Ona Tomas Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Neyç Kaytazoviç yerinə yetirəcək.
Qeyd edək ki, "Brügge" - "Qalatasaray" görüşü sentyabrın 18-i saat 20:55-də başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət