Dərc edildi: Baxış sayı: 466
"Qalatasaray"ın futbolçusu Ərəbistan klubunda
"Qalatasaray" müdafiəçisi Maykonu icarəyə verib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edəcək. Onunla 1,5 illik icarə müqaviləsi imzalanıb. Bu keçid üçün “Əl-Nəsr” İstanbul təmsilçisinə 1,7 milyon avro ödəyib.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2017-ci ildə "San Paulu"dan "Qalatasaray"a keçib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət