Slimfit
  1. İDMAN

'Qalatasaray'dan təklif: 'Çempionat dayandırılsın'

'Qalatasaray'dan təklif: 'Çempionat dayandırılsın'
Sakura

'Qalatasaray'dan təklif: 'Çempionat dayandırılsın'

Türkiyənin "Qalatasaray" klubu Superliqanın təxirə salınmasını istəyir.

"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi "Twitter" səhifəsində məlumat paylaşılıb.

"Sarı-qırmızılılar" matçların azarkeşsiz keçirilməsi əvəzinə, çempionatın 15 gün və ya 1 ay müddətinə dayandırılması təklifi ilə çıxış edib. 

Qeyd edək ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın aprelin 30-dək ölkədəki bütün idman tədbirlərinin azarkeşsiz keçiriləcəyini bildirib. Martın 15-də Superliqanın XXVI turunun "Qalatasaray" - "Beşiktaş" matçı keçiriləcək.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR