Dərc edildi: Baxış sayı: 520
"Qalatasaray", yoxsa "Başakşəhər" ? Çempionluq oyunu
Bu gün Türkiyə Superliqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşə bilər.
Qol.az xəbər verir ki, 33-cü turun mərkəzi oyununda 66 xalla zirvədə yer alan "Qalatasaray" doğma azarkeşləri önündə eyni xalla 2-ci pillədə qərarlaşan "Başakşəhər"i qəbul edəcək. "Türk Telekom Arena"dakı matçda qalib gələn tərəf vaxtından əvvəl çempionluğunu rəsmiləşdirəcək. Mövsümün ilk hissəsində komandalar 1:1 hesablı heç-heçə etdiklərindən bugünkü qələbə onlardan birini son 1 tur qalmış qızıl medalların sahibi edəcək. Bərabərlik olacağı təqdirdə isə çempion son turda müəyyənləşəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Başakşəhər" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət