Slimfit
  1. İDMAN

"Qalatasaray" pley-offa çıxdı, "Beşiktaş" və "Alanyaspor" dayandı

"Qalatasaray" pley-offa çıxdı, "Beşiktaş" və "Alanyaspor" dayandı
Sakura

"Qalatasaray" pley-offa çıxdı, "Beşiktaş" və "Alanyaspor" dayandı

Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlib. 

Ens.az Report.az-a istinadən xəbər verir ki, "sarı-qırmızılar" III təsnifat mərhələsində Xorvatiya "Hayduk"unu məğlubiyyətə uğradıb - 2:0. Hesabı 77-ci dəqiqədə Yunes Belhanda açıb. 86-cı dəqiqədə isə Rayan Babel yekun nəticəni müəyyənləşdirib. 

"Qalatasaray" pley-offda "Villem II" (Hollandiya) - "Reyncers" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Türkiyənin digər təmsilçilərinə gəldikdə, "Alanyaspor" Norveçin "Rusenborq" komandasına minimal hesabla uduzub - 0:1. "Beşiktaş" isə Portuqaliyanın "Riu Ave" komandası ilə görüşün əsas vaxtını 1:1 hesablı heç-heçə ilə bitirib. "Qara qartallar"dan 15-ci dəqiqədə Güven Yalçın hesabı açsa da, Brunu Moreyra 85-ci dəqiqədə bərabərlik qolunu vurub. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına müraciət olunub. Bu bölümdə isə "Riu Ave" daha dəqiq olub - 4:2.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR