Slimfit
  1. İDMAN

"Qalatasaray" "Neftçi"ni avrokuboklardan kənarlaşdırdı

"Qalatasaray" "Neftçi"ni avrokuboklardan kənarlaşdırdı
Sakura

"Qalatasaray" "Neftçi"ni avrokuboklardan kənarlaşdırdı

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Qalatasaray"a məğlub olub.

Ens.az Report.az-a istinadən xəbər verir ki,Füzuli Məmmədovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" klubunu qəbul edib. 

Bakı Olimpiya Stadionundakı qarşılaşma İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk real qol vəziyyəti 13-cü dəqiqədə olub. Qapıçı Aqil Məmmədov qurtardığı top qapı dirəyinə dəyib. Qonaqlar 2 dəqiqə sonra yenidən təhlükə yaradıb. Rayan Babelin cərimə zərbəsindən vurduğu qüvvətli zərbəni qolkiper dəf edib. "Qalatasaray" 19-cu dəqiqədə Mbaye Diaqnenin başla dəqiq zərbəsindən sonra hesabı açıb. 

"Neftçi" ilk təhlükəli vəziyyəti 37-ci dəqiqədə gerçəkləşdirib. Paytaxt klubunun yeni transferi Prins İbaranın zərbəsi qapının üstündən keçib. 6 dəqiqə sonra isə Yusuf Laval cərimə meydançasının içərisində dəqiq oynaya bilməyib. Birinci hissə "sarı-qırmızılar"ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. 

İkinci hissənin ilk dəqiqələrində flaqman hesabı bərabərləşdirib. 46-cı dəqiqədə Mamadu Mboc başla dəqiq oynayıb. "Neftçi"nin sevinci cəmi 2 dəqiqə çəkib. 48-ci dəqiqədə Kristian Luyindama komandasını yenidən önə keçirib. 57-ci dəqiqədə Emre Kılıçın fərqlənməsinə Aqil Məmmədov mane olub. 63-cü dəqiqədə Mbaye Diaqne özünün ikinci komandasının üçüncü qoluna imza atıb. 

Beləliklə, İstanbul klubu 7 ildən sonra avrokuboklarda səfər matçında qələbə qazanıb. Bu, "sarı-qırmızılar"ın beynəlxalq arenada 100-cü qələbəsidir. "Qalatasaray" avrokuboklardakı son matçını isə 2018/2019 matçında qazanmışdı. 

"Qalatasaray" III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR