Slimfit
  1. İDMAN

"Qalatasaray" klubu yenidən UEFA-nın nəzarəti altına düşüb

"Qalatasaray" klubu yenidən UEFA-nın nəzarəti altına düşüb
Sakura

"Qalatasaray" klubu yenidən UEFA-nın nəzarəti altına düşüb

Türkiyənin "Qalatasaray" klubu yenidən UEFA-nın nəzarəti altına düşüb.

“Report”un məlumatına görə, bu, klub tərəfindən maliyyə "fair-pley"i qaydalarının pozulma ehtimalları ilə bağlıdır. Avropa futbol qurumunun "sarı-qırmızılar"ı yenidən hərətərəfli təftiş edəcəyi bildirilir. Çempionlar Liqası və Avropa Liqası iştirakçılarının futbolla bağlı itkisiz biznesə can atmalarının vacibliyi vurğulanır.

"Qalatasaray" hələ iyunda "fair-pley" qaydasını pozduğu üçün sanksiyaya məruz qalıb. Türkiyə təmsilçisinin qarşısına 2021-2022 mövsümünədək monitorinq dövründə tam itkisiz vəziyyətə çatması tələbi qoyulub. İstanbul komandasının bu dövrdə avrokuboklar üçün iştirak ərizəsi məhdudlaşdırılıb. Bundan başqa klub, 15 milyon avro cərimə ödəməlidir ki, bunun 9 milyon avrosu şərtidir.

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasında Portuqaliyanın "Portu", Rusiyanın "Lokomotiv" və Almaniyanın "Şalke" klubları ilə eyni qrupda yer alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR