Dərc edildi: Baxış sayı: 324
Qalant Haniyənın ölümündən sonra Ostinlə üç dəfə danışıqlar aparıb - İsrail Müdafiə Nazirliyi
Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra İsrailin müdafiə naziri Yoav Qalant Pentaqonun rəhbəri Lloyd Ostin ilə üç dəfə telefon danışığı aparıb.
Ens.az ikisahil.az-a istinadən xəbər verir ki,bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Müdafiə naziri Yoav Qalant gecə ərzində ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə danışıb... O, bir sıra ssenariləri və bununla bağlı müdafiə və hücum imkanlarını müzakirə edib”, - deyə, məlumatda qeyd edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət