Slimfit
  1. KOSMOS

Qalaktikamızda 100 milyondan çox qara dəlik var

Qalaktikamızda 100 milyondan çox qara dəlik var
Sakura

Qalaktikamız qara dəliklərlə doludur. Bu nəticəyə İrvayndakı Kaliforniya Universitetitin astronomları…

Yeni araşdırmada onlar ulduzun məhv olmasından sonra yaranan ulduz kütlələrinin qara dəliklərini hesablayıblar. Belə kosmik obyektlər Günəşin kütləsindən 10 dəfə çox kütləyə malik ola bilər.

Yeni hesablamalar üçün alimlər ulduzlar və qalaktikalar haqqında ən müxtəlif informasiyanı topladılar. Ulduzun ölçüsü və onun tərkibi (tərkibində ağır elementlərin olması) onun qara dəliyi formalaşdırmasını bacarmağını və bu dəliyin nə qədər böyük olmasını müəyyənləşdirir. Qalaktikanın ölçüsünü nəzərə alaraq alimlər onun daxilindəki ulduqların sayı və xüsusiyyətlərini qiymətləndirə bilər, buna görə də qara dəliklərin sayını və onların ölçülərini təyin etmək mümkün olur.

LIGO-nu şimal detektoru, Hanford (ABŞ).

 

Ulduz kütlələrinin belə qara dəlikləri üç dəfə qara dəliklərin toqquşmasının qravitasiya dalğalarını aşkar edən LIGO qravitasiya-dalğa detektoru üçün hədəfdir. LIGO İlk dəfə buna nail olanda bəzi fiziklər fikirləşdilər ki, qara dəliklərin məlumatları çox yüksəkdir. Belə ehtimal alimləri belə fikrə gətirdi ki, LIGO tərəfindən aşkar olunan qara dəliklər ulduzların məhv olması nəticəsində deyil, Kainatımızın yaranmasının ilk mərhələsində formalaşıb.

Lakin artıq tədqiqatçılar müəyyən edib: təkcə Süd Yolunda 10 milyona yaxın ulduz kütləsinin qara dəliyi var. Ceyms Bullokun (James Bullock) sözlərinə görə bu o deməkdir ki, LIGO-nun əldə etdiyi siqnallarda qeyri-adi heç nə yoxdur. Beləliklə araşdırma nəticələri təsdiqləyir ki, böyük ölçülü qara dəliklər nadir deyil – təkcə bizim qalaktikamızda onların sayı 100 milyondan çoxdur.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR