Qafqazşünaslar Bakıda toplaşacaqlar
Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə mayın 23-24-də Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, forumda “Qafqaz regionunda ictimai-siyasi proseslər”, “Qafqazda münaqişələr və terror”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü”, “Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasəti və böyük dövlətlərin region siyasəti”, “Qafqazda geosiyasi şərait”, “Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi” mövzularında müzakirələr aparılacaq.
Forum AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) keçiriləcək.
Beynəlxalq forumda iştirak etmək istəyənlər məruzələrini aprelin 10-dək təşkilat komitəsinə təqdim etməlidir.
Məruzə mətnlərinin hazırlanması və göndərilməsi qaydaları ilə Qafqazşünaslıq İnstitutunun saytında tanış olmaq mümkündür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət