Slimfit
  1. TƏBİƏT

Qafqazın incisi Göyçə gölü məhv olur

Qafqazın incisi Göyçə gölü məhv olur
Sakura

Qafqazın incisi Göyçə gölü məhv olur - BBC həyəcan təbili çaldı

Cənub Qafqazın ən böyük gölü sayılan Göyçə məhv olmaq təhlükəsi ilə üzləşib.

Modern.az BBC-yə istinadən xəbər verir ki, buna səbəb gölün səthində dəniz yosunlarının sayının kəskin sürətlə artmasıdır.

Yaşıl və göy rəngli həmin yosunlar xüsusi toksik maddə buraxaraq, suyun tərkibini və keyfiyyəsini dəyişir.

“Sevan (Göyçə) gölü bu gedişlə bataqlığa çevriləcək. Dəniz yosularının sayının artması və suyun səviyyəsinin enməsi burdakı balıqların da kütləvi ölümünə səbəb olacaq”- deyə Böyük Britaniyanın BBC telekanalındakı materialda qeyd olunur.

Ermənistan Zoologiya və Hidroekologiya İnstitutunun direktoru Boris Qabrileyan isə Göyçə gölü ətrafında istirahət məkanlarının, restoranların və yaşayış məntəqələrinin mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasını, çirkab sularının gölə axıdılmasını, həmçinin, gölün suyundan xüsusən yayda suvarma, təsərrüfat işlərində qeyri-rasional istifadə edilməsini əsas təhlükələr siyahısına daxil edib.

Göyçə gölü dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşir. Sahəsi 1200 kvadrat kilometr olan gölün ən dərin yeri 79,7 metrdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR