Qafqazın ən böyük balıqyetişdirmə və emalı müəssisəsi yaxın vaxtlarda istifadəyə veriləcək
Şəmir rayonunda qurulan “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi yaxın vaxtlarda istifadəyə veriləcək.
Şəmkir çayının sahilində yerləşən balıqyetişdirmə və emalı müəssisəsi öz istiqamətinə görə Qafqazda ən böyük istehsal müəssisəsi olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda doqquz ayda sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabatda ictimaiyyət qarşısında çıxış edərkən məlumat verib.
Bildirilib ki, müəssisədə ilkin mərhələdə ildə 3 min ton 12 növ farel balığının və saatda 3 min ədəd balıq konservinin istehsalı nəzərdə tutulub. Emal müəssisəsində ilkin olaraq 150 nəfər işlə təmin olunacaq. Növbəti mərhələdə isə ildə 10 min ton balıq istehsal etmək və işçilərin sayını 500 nəfərə çatdırmaq planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət