Dərc edildi: Baxış sayı: 475
Qafqaz qoruğunda yeni göl kəşf edildi
Qafqaz qoruğu ərazisində ekspedisiya iştirakçıları əvvəllər məlum olmayan göl kəşf ediblər.
RİA “Novosti” agentliyinin xəbərinə əsasən, yeni göl buzlaqların əriməsindən sonra əmələ gəlib.
Bu barədə Qafqaz qoruğunun mətbuat xidmətinin məlumatında qeyd edilib.
“Açipsta çayı hövzəsində, Çelipsi buzlağının əridiyi ərazidə tədqiqatçılar tərəfindən yeni, elə də böyük olmayan göl kəşf edilib. Bu vaxta qədər su hövzəsi heç bir xəritədə qeyd edilməyib. Bu fakt növbəti dəfə qlobal istiləşmə nəzəriyyəsini təsdiqləyir”, - deyə məlumatda bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət