Qafarova: Natali sizi qəbul etməyəndə niyə yazmadınız?
Bu yaxınlarda Laçın nəzarət-buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatdan sonra Gədəbəydəki təxribat gözlənilən idi.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin növbədənkənar sessiyasında deyib.
Onun sözlərinə görə, AŞPA-da erməni deputatların bu təxribatı necə səbirsizliklə gözlədiklərini müşahidə ediblər:
“Beynəlxalq təşkilatlardakı ermənipərəst deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər. Ermənipərəst deputat Natali ilə görüşmək istəyəndə, bizi qəbul etməmişdi”.
Milli Məclisin sədri Sahibə Qafarova isə T.Gəncəliyevə cavabında bildirib ki, gərək elə o görüşmək istəməyəndə dərhal Tvitterdə status yazardınız:
“O, Avropa Parlamentinin deputatı, siz isə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədrisiniz”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət