Slimfit
  1. AZƏRBAYCAN

Qafar Cəbiyev: "MTRŞ-nın davamlı irad və tövsiyələrinin səmərə verməməsi AzTV və İTV-də kadr dəyişikliklərini zəruri etdi"

Qafar Cəbiyev: "MTRŞ-nın davamlı irad və tövsiyələrinin səmərə verməməsi AzTV və İTV-də kadr dəyişikliklərini zəruri etdi"
Sakura

Qafar Cəbiyev: "MTRŞ-nın davamlı irad və tövsiyələrinin səmərə verməməsi AzTV və İTV-də kadr dəyişikliklərini…

 “Azərbaycan televiziyaları qanunvericiliyin tələblərinə uyğun olaraq özlərinin efir fəaliyyətində maarifçilik işinə, o cümlədən mədəni irsin təqdimi və təbliği tematikasına xüsusi önəm verməlidirlər”.

Report” xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurası(MTRŞ)sədrinin müavini Qafar Cəbiyev deyib.

O bildirib ki, bu tələb mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün yayımçılara aid olsa da, reallıqda mədəni irsin təqdimi və təbliği işində əsas yük dövlət büdcəsindən maliyyələşən televiziyaların üzərinə düşür: “Başqa sözlə, Azərbaycan Televiziyası, Mədəniyyət və İdman – Azərbaycan kanallarının, xüsusilə də İctimai Televiziyanın mədəni irsimizin təqdimi və təbliği sahəsindəki rol və məsuliyyətini daha da artırır.

Lakin onu da etiraf edək ki, son vaxtlaradək idarəçiliyin pozulması, yetərincə effektli proqram siyasəti və yaradıcı mühit olmaması ucbatından həm Azərbaycan Televiziyası, həm də İctimai Televiziyanın fəaliyyətindən ictimai narazılıq artmışdı”.

Q.Cəbiyev vurğulayıb ki, kifayət qədər mütərəqqi milli ənənələri, peşəkar kadr potensialı, mükəmməl maddi-texniki bazası olan və hərtərəfli dövlət təminatı ilə əhatə edilən bu kanalların efiri son vaxtlar, həqiqətən, çox maraqsız olmuşdu: “Maarifləndirici proqram və verilişlərin sayı azalmış, keyfiyyəti isə aşağı düşmüşdü. Mənəvi-psixoloji mühitin pozulması və rəhbərlik tərəfindən mənfi tendensiyaların getdikcə daha artıq şirnikləndirilməsi ucbatından öz peşəkarlığı ilə tanınan və geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmış olan ayrı-ayrı təcrübəli və səriştəli kadrlar artıq bu kanalları tərk etməkdə idilər. Əfsuslar olsun ki, Teleradio Şurası tərəfindən davamlı olaraq edilən irad və tövsiyələr də səmərə vermədi. Bütün bunlar isə nəticə etibarı ilə hər iki kanalda kadr dəyişiklikləri aparılmasını zəruri etdi. Beləliklə, Prezidentin sərəncamı ilə AzTV-nin, İctimai Televiziyanın Yayım Şurasının qərarı ilə isə İTV-nin rəhbərliyi yeniləndi. İndi hər iki kanala gənc, işgüzar və yaradıcı insanlar rəhbərlik edirlər. Həyata keçirilən kadr dəyişikliklərinin müsbət nəticəsi isə artıq həmin telekanalların gündəlik efirindən də hiss olunur”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR