Slimfit
  1. TEXNOLOGİYA

Qadjetlər üçün çanta-enerji cihazı

Qadjetlər üçün çanta-enerji cihazı
Sakura

Qadjetlər üçün çanta-enerji cihazı

Müasir qadjetlərin əsas problemi ondan ibarətdir ki, onların batareyası enerjini çox tez bir zamanda itirir və onu bərpa etmək heç də həmişə mümkün olmur. Britaniyalı dizayner Richard Nicoll vəziyyətdən əsl dəb adamlarına layiq bir çıxış yolu tapıb. Vodafone telekommunikasiya şirkətinin əməkdaşları ilə tandemdə yenilikçi, içində olan smatfonları və planşetləri sərbəst şəkildə enerji ilə dolduran unikal qadın çantasını hazırlayıb və ictimaiyyətə təqdim edib.

Ağ dəridən olan çantanı dizayner Londonda bir dəb sərgisində nümayiş etdirib. Aksesuara kifayət qədər geniş bir batareya quraşdırılıb, və evdən çıxmazdan əvvəl onun adi enerji yuvasından enerji yığmasını təmin etmək lazımdır. Bundan sonra, lazım gəldikdə, keçiriciyə, tez bir zamanda enerji yığan xüsusi kabel vasitəsilə mobil cihaz qoşulur.

Satışına hələ ki, start verilməyib. Bu zövqlü yeni məhsul avropalı dəb adamlarında böyük maraq oyadıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR