Dərc edildi: Baxış sayı: 544
Qadınları təhqir edən qubernator istefa verdi
Puerto Rikonun qubernatoru Rikardo Rossello vəzifəsindən istefa verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə o, tvitter mikrobloqunda məlumat verib.
Onun vəzifəsini müvəqqəti olaraq adanın ABŞ Konqresindəki nümayəndəsi Pedro Pyerluisi icra edəcək.
Qeyd olunur ki, Rossello və müşavirləri bir müddət öncə teleqramda qadınları təhqir edib və seçiciləri lağa qoyub.
40 yaşlı Rossell Puerto Rikonun müasir tarixində istefa verən ilk qubernator olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət