Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

"Qadınlarda duyğusal aclıq fiziki aclıqdan çox olur"

"Qadınlarda duyğusal aclıq fiziki aclıqdan çox olur"
Sakura

"Qadınlarda duyğusal aclıq fiziki aclıqdan çox olur"

Doktor çox yemək və iştaha nəzarət edə bilməyənlər barədə danışdı:

“Qadınlar yeməklə aşiq olur, duyğusal yanaşırlar” Doç. Dr. Halil Coşkun

Bir çox insanlar, xüsusən qadınlar həddən artıq iştahlı olmaqdan, çox yemək arzusundan, doysa belə əllərinin yenə yeməyə uzanmasından və bunun nəticəsində də kilo almaqdan şikayətçidir. İştahsızlığın səbəbləri bəlli bəs güclü iştahın səbəbi nədir? Bir çox həkimlər yaxşı iştahı sağlamlıqla əlaqələndirirlər. Amma yaxşı iştah da əvvəl axır sağlam orqanizmin piylənərək müxtəlif xəstəliklərə tutulmasına səbəb olur.

Bizimyol.info obezite və metobolik cərrah Halil Coşkunla eksklüziv müsahibəni təqdim edir.

Halil Coşkun

- Doktor,həddən artıq iştahın səbəbləri nələrdir?

-İnsanlar adətən öyrənilmiş olaraq yemək yeyirlər Psixoloji amillər, hormonlar, yeməyin ləzzəti, ətri, sosial çevrəmiz kimi bir çox faktorlar iştahın artmasında və azalmasında rol oynayır. Əsas ehtiyacımız olan beyinə doyma siqnalını ötürmək və ehtiyacımız olan qədər yeməkdir.Aclıq hissi yeməyə başladıqdan sonra gəlir. Kilo almağın və düzgün bəslənməməyin əsas səbəbi ac olmasaq da yemək yemək və gərəksiz yerə ağıza qida atmaqdır. Süfrəyə oturarkən öncə özümüz sonra qarşımızdakı yeməyin qida dəyərinə baxmalıyıq. Qlisemik indeksi yüksək olan karbohdratlar və şəkərli qidalar tez doyurduğu kimi tez də acdırır. Çünki qan şəkəri anidən yüksəlir və bu az müddət sonra yenidən aclıq hiss etməyimizə səbəb olur. Ona görə lifli, protein ağırlıqlı qidalanmaq lazımdır. Aclıq hissi yeməyə başladıqdan sonra ortaya çıxır. Həddən artıq ac olanda çox sürətlə və həddən artıq yemək zərərlidir. Buna görə vaxtlı vaxtında qidalanmaya nəzarət etmək lazımdır.

- Çox insan deyir ki, mən kədərlənəndə, hirslənəndə çox yeyirəm.

-Uzun sürən aclıq oranizmdə serotoninin səviyyəsini düşürür və beyin serotonin ifrazını yemək yeməklə təmin etmək istəyir. Serotonin xoşbəxtlik hormonudur. Əgər həddən artıq sevinclisinizsə yemək yadınıza düşmür, üzüntülü hallarda isə yemək yediyinizin fərqində olmadan çox yemək serotonin əskikliyindən irəli gəlir. Başqa sözlə sizi xoşbəxt edən səbəb azdırsa siz özünüzü , beyninizi yeməklə aldadırsınız. Səbəsiz yemək qadınlarda daha çox olur.

- Nə üçün?

-Hormonlar və duyğusal çöküntülər qadınlarda iştahın artmasına səbəb olur.  Qadınların menstruasiya dövrlərində də hormonal dəyişikliklərin səbəb olduğu şüursuzca yemək yemək qadınların ən böyük problemlərindəndir. Ona görə qadınlar bu dönəmdə yeməklərinə diqqət etməlidirlər. İstədiyimiz qidanı tamamən yasaqlamaq beynimizi kədərləndirir, daha da iştahı artırır, buna görə kiçik miqdarda yeməklə bunun öhdəsindən gəlmək olar. Məsələn tortu bir dilim yox yalnız bir qaşıq yemək lazımdır.Qadınlarda duyğusal aclıq fiziki aclıqdan daha çox olur.

Bəsit bir misal göstərim . Ağır və kədərli bir gün keçirdikdən sonra qadınlar qarşılarındakı yeməklə duyğusal əlaqə qurur və yeməyin onları xoşbəxt edəcəyini düşünürlər və buna görə kontrolsuz yeyirlər. Serotonini sizi sevindirəcək başqa qaynaqlardan da əldə edə bilərsiniz.

-Tibbi olaraq güclü iştaha əsasən nələr səbəb olur?

- Güclü iştahın və çox yemək yeməyin ən böyük səbəblərindən biri insulin hormonunun ifrazıdır. Əgər qan şəkəriniz ani enir və özünüzü bir anlıq şüursuzca yemək yeyərkən görürsünüzsə mütləq həkimə müraciət edin. Bundan əlavə piy vəzilərindən ifraz olunan leptin hormonu, qalın bağırsaqda ifraz olunan PYY3-36 hormonu və beynimizin hipotalamuz adlı bölgəsində ifraz olunan hormonlar iştah üzərində böyük təsirə malikdirlər. Həddən artıq iştahlı olarkən bu hormonlar da ölçülməli və nəzarət altında tutulmalıdır. Daima aclığa səbəb verən 7 amil var.Yəni diyet və ya idmanla sitənilən kiloya çatdıqdan sonra ac hiss edib bütün əməyimizi heç edən amillər var.

Birincisi qeyd etdiyim kimi hormonlar.Hormonal dəyişikliklər vücudun funksiyaları üzərində çox böyük təsirə malikdirlər. Tiroid, adrenalin, hipoviz və qonad obezitə dediyimiz a artıq çəki və piylənmə xəstəliyinə yol aça bilirlər. Yemək insan bədəninin enerjisidir. Qan şəkəri səviyyəsi barədə danışdıq. Üçüncü səbəb vitamin və mineral yetərsizliyi ola bilər. Yediyimiz hər şey orqanizmdə yağ və enerjiyə çevrilir. Əgər aldığımız enerji çox, yandırdığımız enerji azdırsa yerdə qalan enerji piy kimi toplanır və kiloya səbəb olur. Həyatımızı aktiv hala gətirməklə bunun qarşısını ala bilərik.Enerjimizi yandırmaq üçün bəzi enzimlərin aktiv olması şərtdir. Enzimləri aktiv hala gətirən vitamin və minerallar var. Əgər bu vitamin və minerallar əskikdirsə kilo vermək əvəzinə kilo alacaqsınız. Məsələn vücudda yağın artması D vitaminin aktivliyini azaldır və bu da piylənmə səbəblərindən biridir. Belə olanda bütün qaydalara əməl etsəniz də kilo verə bilmirsiniz. Buna görə arıqlamaq proqramına başlayarkən həkimə müraciət edib orqanizmdəki vtamin- mineral balansını və digər amilləri araşdırmanız ortaya çıxartmanız lazımdır. Dördüncü səbəb karbonhidrat toxluğudur. Duyğusalq və psixoloji faktorlar barədə də dedik. Tox olduğunuz halda yemək arzusu varsa sadəcə dadına baxmaqla kifayətlənmək iradəsi vacibdir.

Son olaraq onu qeyd edim ki, insan beyni orqanizmi kontrol edir və o qatı pəhriz planlarından xəbər tutan kimi müdafiə səddi qurur. Sərt pəhriz planı əksər halda bir çox yeməklərə qarşı həvəsi artırır. Ona görə diyet planında sağlıqlı olan bütün yeməklərə az- az yer vermək lazım. Əks halda istədyiniz kiloya çatınca arzulayıb yeyə bilmədiyiniz yeməklərə hücum edəcək və bütün zəhmətiniz boşa çıxacaq.

-Bəs iştahı kontrol altına almaq üçün nə məsləhət edərdiniz?

-Yeməkyemə arzusunu kontrol altına almaq üçün 6 yol var. Birincisi öyün atlatmayın. Bu kilo artımına səbəb olur. İşlənmiş qidalardan məsələn kolbasa, sosis, ədviyyat kimi iştah açan nemətlərdən uzaq durun. Acarkən təzə meyvə və tərəvəz bitkilərinə üstünlük verin. Stresi kontrol edin. Musiqi dinləmək idman etmək dərin nəfəs alaraq beyni sakitləşdirmək stresdən qaçamq yollarıdır. Əgər şokolad, pizza , hamburger arzusuna düşmüsənsə bu aclıq deyil, sadəcə yemək istəyidir. Ona görə 10 dəqiqə ərzində hər hansı başqa bir şey barədə düşünmək lazımdır. Çünki bu istək 10 dəqiqə davam edib sonra itir.

Yorğun olanda da yemək yemək həvəsi gəlir. Ona görə yorularkən bir az ara verib yemək həvəsi ilə (craving) savaşın

Davamlı olaraq idman edin. Bu həm faydalıdır həm də hormonlarınızın təsirini azaldaraq sizi gümrahlaşdırar.

 

-Düz bir qarına sahib olmaq üçün hansı məsləhətəriniz var?

 

-Duruşu dəyişmək lazım. Məsələn oturarkən belə stolun arxasına söykənmədən düz oturmaqla qarın əzlələrini idman etdirmək olar. Düzgün oturuş və yeriş birinci şərtdir. Su içmək, qəbizliklə mübarizə aparmaq lazımdır. Loxmalarınız kiçik, çeynəmə müddətiniz uzun olsun. Bu yolla ildə fəqində olmadan 4-5 kilo vermək olar.Yemək zamanı danışmayın və şirin sular içməyin.Özünün rahat saxlamağa həmişə diqqət edin. Unutmayın, ilk növbədə stressdən uzaq durmaq lazımdır. Kiloyla mübarizə aparacam deyib bunu da stress halına gətirsəniz əlavə problemlərə yol açarsınız. Kilo verməni tələsmədən, heç kimlə rəqabətə girmədən yavaş-yavaş yerinə yetrimək lazımdır. Çünki sürətlə verilən kilolar iki qat geri qayıdır. Bu orqanizmin özünümüdafiə sistemidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR